Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Təhsil şöbəsi


Struktur bölmənin rəhbəri: Axundov Ədalət Yavuz oğlu
Riyaziyyat üzrə elmlər doktoru, professor
Tel:  (+99450) 5498074
E-mail: adalatakhund@mail.ru
İşçilərin ümumi sayı: 3
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: AMEA Riyaziyyat və Mexanika İnstitutunda Təhsil şöbəsi fəlsəfə doktoru, elmlər doktoru və magistratura proqramları üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını təşkil edir. Təhsil şöbəsi magistr, doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və Təhsil şöbəsi ilə əlaqələndirir və lazımi sənədlərin təqdim olunmasını təmin edir. Təhsil şöbəsi magistrlərin, doktorant və dissertantların, gənc alimlərin institut, respublika və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirakının təmin olunmasına dəstək göstərir və tövsiyələr verir. Təhsil şöbəsinin müdiri şöbənin fəaliyyəti ilə bağlı ildə bir dəfə institutun Elmi şurasına hesabat verir.
Şöbənin əsas iş prinsipləri:
  • doktorant və dissertantların sənədlərinin, referatlarının qəbulunu, fərdi iş planlarının hazırlanmasını təşkil edir;
  • ixtisas fənni üzrə qəbul, doktorluq imtahanlarının keçirilməsini, doktorant və dissertantların attestasiyasını təşkil edir;
  • magistirlərin tədris prosessini təşkil edir və nəzarətdə saxlayır, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir;
  • doktorantların, dissertantların elmi fəaliyyətinin və attestasiya nəticələrinin təhlilini, monitorinqinin aparılmasını və hesabatların hazırlanmasını həyata keçirir.
Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    236365

  • Sağalan

    229591

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    3536

  • Ölüm halı

    3238

  • Test edilib

    2,645,206

Faydalı linklər