Tetbiqi_riyaziyyat

Struktur bölmənin rəhbəri: Qabil Qəribxan oqlu Əliyev
Fizika-riyaziyyat elmləri doktoru, professor
Tel.: (012) 594-61-73
E-mail: gabil_aliyev@yahoo.com
İşçilərin ümumi sayi: 5
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Şöbənin əsas elmi istiqaməti qeyri – klassik riyazi-fizika problemləri araştırmaları ilə bağlıdır. Şöbədə elmi araşdırmalar üç istiqamətdə aparılir. Birinci problem, struktur elementlər arasinda qarşılıqlı quvvələri nəzərə almaqla, armirlənmiş cisimlərin (kompozitlərin) fiziki-riyazi nəzəriyyəsini yaratmaqla bağlıdır. İkinci problem, polimer və kompozit materiallarda fiziki – kimyəvi xəssələrin dəyişməsini nəzərə almaqla mexanika problemlərini araşdırmaq. Üçüncü isə fiziki mühütlərin, özəlliklə qravitasiyon və elektromaqnit mühütlərin, bərk çisimlərin və mayelərin xəssələrinin dəyişmələrinin qarşılıqlı təsirini nəzərə almaqla, nərəri əsasını yaratmaq.

Tibbi diaqnostikanın riyazi üsulları-kəskin zəhərlənmələrdə tibbi diaqnostikanın riyazi-informasiya texnologiyalarının işlənilməsi, verilənlərin sistemli analizi;

Struktur bölmənin əsas elmi nəticələri:

1-ci problem istiqamətində kompozitin struktur elementləri arasında qarşılıqlı qüvvələrin mexanizmi aşkar edilmişdir, hansı ki kompozit materiallarda yeni mexaniki effektlərin aşkar edilməsinə imkan verir. Armirlənmiş cisimlər və kompozit materiallar mexanikasının dəqiqləşmiş əsaslı hipotezləri təklif olunur. Onların əsasında çoxlaylı armirlənmiş qalınduvarlı borularin və nazikduvarlı örtüklərin möhkəmliyi, dayanıqlığı və rəqsi hərəkətləri nəzəriyyələri yaradılmışdır. Bu əsasda elmi-texniki problem işlənmişdir: lifşəkilli struktur əsasında nazik qeyri metal boruların layihələndirilməsinin nəzəri əsasları və onların tətbiqi.1-ci problem istiqamətində yerinə yetirilmiş elmi və texniki işlərin əsasında 100-dən çox elmi əsər, o cümlədən 7 monoqrafiya (o cümlədən 6-sı xaricdə), dünyanın 8 aparıcı ölkəsinin (ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya, İsveş, Hindistan) 17 patent və 30-dan çox müəllivlik şəhadətnaməsi alınmışdır.

 

2-ci problem istiqametində fiziki-kimyəvi xassələrinin dəyişkənliyi nəzərə alınmaqla,  polimer materiallardan hazırlanmış laylı  və armirlənmiş konstruksiyaların möhkəmlik nəzəriyyəsi yaradılmışdır. Materıalın fiziki-kimyəvi xassələrinin dəyişməsini nəzərə almaqla, polimerlərin, kompozit materialların, həmçinin polimerləşdirilmiş liflər dəstəsinin fiziki-mexaniki  xassələrini öyrənmək üçün  eksperimental- nəzəri metod təklif edilmişdir. Bu əsasda polimer materialın fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla ümumiləşmiş Huk qanunu təklif edilmişdir; konstruksiya laylarının fiziki-kimyəvi xassələrinin dəyişkənliyini nəzərə almaqla, laylı və çoxlaylı armirlənmiş boruların adqezion möhkəmlik kriteriyası təklif olunmudur; materialların şişmə effektini nəzərə almaqla birölçülü konstruksiya elementlərinin dayaniqlıq kriteriyası təklif edilmişdir. Yeni mexaniki effektlər aşkar edilmişdir: materialın şişmə effektini nəzərə almaqla, polimer materialın kütləvi qüvvələrinin dəyişkənliyi; yalnız materialın şişmə effektinin təsiri altında çubuğun qabarması; bir neçə polimer materialın birgə deformsiyasının layların şişmə xarakterindən asıllığı-mexaniki effekti eksperimental və nəzəri təyin edilmişdir.

2-ci problem istiqametində yerinə yetirilmiş elmi və texniki işlərin əsasında 20-dən çox elmi əsər, o cümlədən 4 monoqrafiya (o cümlədən 2-sı xaricdə – ABŞ-da və Türkiyədə), və 15 məqələ (o cümlədən 5-ı xaricdə: 2-si ABŞ-da, 1-i Russiyada və 2-si Türkiyədə) çap olunmuşdur.

3-cü problem istiqamətində kimyəvi dəyişkən mühitlərdə elektromaqnit xassələrinin dəyişmə mexanizmi öyrənilmişdir. Elektromaqnit xarakteristikalarının  (ε, μ, λ) 2 komponentli mayelərin kimyəvi dəyişkənlik xarakterindən riyazi asılılığı müəyyən edilmişdir. Ümumiləşmiş Maksvell tənliyı, yəni kimyəvi dəyişən mühitlərdə elektromaqnit dalğalarının yayılması tənliyi təklif olunmuşdur.

3-cü problem istiqametində yerinə yetirilmiş elmi işlərin əsasında 2 məqələ (o cümlədən 1 xaricdə – Türkiyədə) çap olunmuşdur.

 Zəhərlənmə prosesinin tibbi diaqnostikasında zəhərlənmənin dərəcəsini qiymətləndirib müalicə alqoritmini təyin edən riyazi-statistik model, vizuallaşdırıcı qərarqəbuletmə bloklu informasiya sistemi işlənmişdir;

Problemlərə uyğun çapdan çıxmış əsərlər:

1.Алиев Г.Г. Основы механики армированных гибких труб, Монография. Изд. «Элм» АН Азерб. ССР, Баку, 1987г, 263 с.
2. Aliyev G.G. Polimer ve Kompozit Malzemelerin Dirençlerinin Fiziko-Kimyasal Özellikleriyle Değişimi Teorisi.Monoqrafiya. Milli Eğitim Bakanlığı Yayınları:2963, “Bilim ve Kültür Eserleri Dizisi:871”, Eğitim Dizisi №5, İSBN 975.11.1046-7, İstanbul, 1995, 119s.
3. Aliyev G.GKompozit Maddeler Mekaniğinin Matematik Temelleri. Monoqrafiya. NÜ Fen-Edebiyat Fakültesi Yayınları №2, Matematik Bölümü Yayınları, №2, İSBN 975.8062-03-4, İstanbul, 1998, 563s.
4. Gabil G. Aliyev. Experimental-Theoretical Metod for Defining Physical-Mechanical Properties of Polymer Materials with Regard to Change of Their Phisical-Chemical Properties. USA, International Journal of Chemoinformatics and Chemical Engineering (IJCCE), 2(1), Lanuary-June, 12-24, 2012.
5. Gabil G. Aliyev. Physical-Mechanical Model of Fibrous Polymerized Bar Deformation at the Neck Zone. USA, International Journal of Chemoinformatics and Chemical Engineering (IJCCE), 3(1), Lanuary-June, 37-45, 2013.
6. Gabil G. Aliyev, Faik B. Naqiyev. Engineering Mechanics of Polymeric Materials. Monoqrafiya. USA, CPC Press, Taylor and Frencis Group. ISBN hard: 978-1-926895-55-0. Cat # №10868, 402 p., 2013.
7. Г.Г.Алиев. Основы механики полимерных и композиционных материалов с учетом изменения физико-химических свойств. Монография. Изд. «Элм» НАНА,  ISBN 978-9952-13-3, г.Баку, 2012 г., 288 стр.
8. Алиев Г.Г. Гибкая труба и способ ее изготовления. Труды академика А.А.Ильюшина, т.4, стр. 244-251. Изд. Российской Академии Наук,  ФИЗМАТЛИЗ, 2009г.
9. Алиев Г.Г. Об одной механической модели деформирования заполимеризованного пучка из волокон в зоне шейки. Труды Международного Симпозиума, МГУ им.Ломоносова, Москва-2011, 291-295с.
10. Aliyev Q.Q. Distribution of electromagnetic waves to chemically changing environments. Azerbaijan national Academy of Sciences, Transactions issue mathematics and mechanics series of physical-technical and mathematical sciece, (Xəbərlər), №1, «ELM», Baku-2008, 141-155pp.Aşağıda f-r.e.d., prof. Qabil Əliyevin monoqrafiyası 2013-cü ildə ABŞ-da çap olunub.