Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi Tamilla Həsənovanı 65 yaşı münasibətilə təbrik edirik!


Tamilla-Hasanova65

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi, f-r.e.n, dos.Tamilla Həsənovanın 65 yaşı tamam olur.

Tamilla Xəvərən qızı Həsənova 14 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1970-ci ildə Azərbaycan EA aspirantura və kadrlar şöbəsində –kargüzar işləyib. 1970-1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində metodist, 1972-ci ildən Azərbaycan EA (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda laborant, böyük laborant, aspirantura şöbəsinin müdiri, aparıcı elmi işçi, 1982-ci ildən isə elmi katib vəzifəsində işləyir.

1991-ci ildən fizika-riyaziyyat elmləri namizədi, 1992-ci ildən 01.01.01-Riyazi analiz ixtisası üzrə dosent elmi adını almışdır.

1990 –«Əmək veteranı» medalı , 2002-ci ildə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı və 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunub.

İnstitutun kollektivi Tamilla xanımı 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər