Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Professor Əkbər Əliyev “Hiperbolik tənliklərin həllərinin qlobal analizi, əsas inkişaf mərhələləri və müasir problemlər” mövzusunda məruzə edib


19 may 2021-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda   keçirilən Ümuminstitut seminarında  “Diferensial tənliklər” şöbəsinin müdiri, professor Əkbər Əliyev “Hiperbolik tənliklərin həllərinin qlobal analizi, əsas inkişaf mərhələləri və müasir  problemlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qeyri xətti  hiperbolik  tənliklər  və  sistemlər üçün Koşi məsələsi  və  sərhəd  məsələlərinin tədqiqi  sahəsində  aparılan əsas  tədqiqatlar  haqqında  qısa  məlumat verilmişdir. Həmin sahənin inkişafında  olan əsas  mərhələlər  və çətinliklər   və  bu sahədə  Azərbaycan riyaziyyatçılarının rolu  haqqında danışılmışdır. Hiperbolik  təniklər və  sistemlər  sahəsində son  nailiyyətlər  və  problemlər  haqqında  dinləyicilərə məlumat verilmişdir.

Seminarda institutun əməkdaşları, gənc riyaziyyatçılar, müxtəlif ali məktəblərin əməkdaşları və Türkiyədən olan mütəxəssislər iştirak etdilər.

Sonra  mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər