Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

3 iyun 2021-ci il AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. Tədbiri İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Elmi şura üzvlərini gündəlikdəki duran məsələlərlə tanış edib. Professor Misir Mərdanov iclasda  institutun  əməkdaşlarına  01.07.2021-ci il tarixənə qədər vaksinasiyadan keçmələrini töfsiyyə edib.

Tədbirdə, AMEA Riyaziyyat və Mexanika İnstitututnun doktorant (8 nəfər) və dissertantların (fəlsəfə doktoru -20 nəfər, elmlər doktoru hazırlığı üzrə 11 nəfər) attestasiyadan keçməsi, 2020/2021-ci tədris ilində magistrantların dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuraların tərkibinin təsdiqi, Riyaziyyat və mexanika İnstitutun dissertantı, Sayalı Məmmədlinin fəlsəfə doktoru dissertasiya mövzusunun dəyişdirilməsi, Mex.ü.f.d. Nigar Nağıyevanın 2002.01 – Deformasiya olunan bərk cism mexanikası ixtisasında dosent elmi adın verilməsi haqqında məsələ müzakirə olunub və təqdirə layiq görünüb. Daha sonra AMEA-nın magistr dissertasiyalarının müdafiəsinin təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Sonda  cari məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Mənbə: www.science.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər