Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Professor Ziyatxan Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorun məxsusi funksiyaları üzrə ayrılışların yığılması haqqında” mövzusunda məruzə edib


09.06.2021-ci il tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda onlayn formatda keçirilən Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial operatorun məxsusi funksiyaları üzrə ayrılışların yığılması haqqında” mövzusunda məruzə etmişdir.

Prof. Z. Əliyev məruzəsində bir ucu bərkidilmiş, digər ucunda inersial yük olan və en kəsiklərində uzununa qüvvə təsir edən  bircins cubuğun əyilmə rəqslərini təsvir edən  dördüncü xüsusi törəməli diferensial tənlik üçün sərhəd məsələsinə dəyişənlərə ayrırma üsulunun tətbiqi ilə alınan sərhəd şərtlərinə spektral parametr daxil olan dördüncü tərtib adi diferensial tənlik üçün məxsusi qiymət  məsələsini  təqdim etmişdir. Sonra  sərhəd şərtlərinə spektral parameter daxil olan məsələlərin tarixi, əldə olunan nəticələr və bu sahədə qarşıya çıxan çətinliklər haqqında geniş məlimat vermiş, mövzu ilə bağlı əldə olunmuş nəticələri şərh etmişdir. AMEA-nın müxbir üzvü, prof.  M.Mərdanov, AMEA-nın müxbir üzvü,  prof. Q. Pənahov, f.r.e.n. Ş. Bağırov,  f.r.e.d. İ. Qürbətov tərəfindən verilən sualları ətrflı cavablandırmışdır. Professorlar N. Kərimov və Ə.Əliyev maraqlı suallarla seminarda müzakirə edilən mövzu ilə əlaqədar maraqlı fikirlər və təkliflərlə iştirak etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər