Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” təlimi başa çatıb


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə qatılan şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    511974

  • Sağalan

    482578

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    22549

  • Ölüm halı

    6847

  • Test edilib

    5,081,920

Faydalı linklər