Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Dissertasiya şurasının növbəti iclası keçirildi


17 sentyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Gülər Vidadi qızı Məhərrəmovanın “Sərhəd şərtinə spektral parametr daxil olan bir sinif kəsilən diferensial operatorun spektral xassələri” mövzusunda 1202.01-Analiz ve funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri riyaziyyat elmləri doktoru, dosent Telman Qasımov olmuşdur. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Gülər Vidadi qızı Məhərrəmova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Həmdulla Aslanov, fizika-riyaziyyat elmləri doktoru, professor İbrahim Nəbiyev, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Hüseynli, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    511974

  • Sağalan

    482578

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    22549

  • Ölüm halı

    6847

  • Test edilib

    5,081,920

Faydalı linklər