Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tədqiqatçılar üçün “Scopus AI”- süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda info-sessiya keçiriləcək


Sessiya “Scopus”dan istifadə edərək əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, fərdi araşdırmalar və məlumat əldə etmək üçün süni intellekt alətindən istifadə və iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət mövzularını əhatə edəcək.

İnfo-sessiyada tədqiqat bacarıqlarını artırmaq istəyən ali təhsil müəssisəsi və ya elmi-tədqiqat institutunun əməkdaşı və ya təhsilalanı olmaq şərtilə mövzu ilə maraqlanan hər kəs iştirak edə bilər.

Qeydiyyat linki: https://forms.gle/48QA8122LH2xRKcv8

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi