Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bir ucu sərbəst olan variasiya məsələlərində kvadratik funksional”mövzusunda seminar keçirilib


08.05.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində kvadratik funksional” mövzusunda məruzə edib.

Məruzədə bir ucu sərbəst olan kvadratik funksionallı variasiya məsələlərində mütləq ekstremum üçün kafi şərtlərin alınması şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.