Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Süni intellekt özü-özünü insan beyni kimi bərpa etməyi öyrənib

Alimlər özünü bərpa edə bilən və ənənəvi modellərlə müqayisədə daha sürətli öyrənən yeni tip süni intellekt təqdim ediblər. Sistem insan beyninin sabitliyi qoruma və yüklənmədən sonra bərpa olunma qabiliyyətini təmin edən homeostaz və özünütənzimləmə prinsiplərinə əsaslanır. Təcrübələrdə bu süni intellekt “səsli” və natamam məlumatlarla işləyərkən yüksək dayanıqlılıq nümayiş etdirib – onun dəqiqliyi mövcud neyroşəbəkələrlə müqayisədə […]

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı […]

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

“Əgər bu gün bir müəllimin əməkhaqqı yalnız onun dərs dediyi saatlardan formalaşırsa, tədqiqat universitetlərində artıq bu, belə olmamalıdır. Tədqiqatçı elə bir şəxs olmalıdır ki, o, bütün vaxtını yalnız dərs deməyə deyil, eyni zamanda tədqiqat aparmağa da sərf edə bilsin. Buna görə də onun əməkhaqqısı da buna uyğun müəyyən edilməlidir”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu […]

Amerikalı alim Fermi paradoksunun yeni izahını təklif edib

75 il əvvəl fizik Enrico Fermi belə bir sual vermişdi: bu qədər böyük kainatda biz hələ də ağıllı yadplanetli sivilizasiyanın heç bir izinə niyə rast gəlməmişik? O vaxtdan bəri alimlər bu paradoksa çoxsaylı maraqlı cavablar təklif ediblər. Daha bir cavabı amerikalı alim Robert Corbet irəli sürüb: onun fikrincə, yadplanetlilər bir müddət öz kosmik məkanlarını araşdırıblar, lakin sonradan sadəcə darıxıblar […]

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 34 il ötür

Bu il müstəqil Azərbaycan dövləti öz tarixinin ən şərəfli səhifələrindən biri olan dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edir. 34 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev Misirə işgüzar səfər edib” başlıqlı icmal təqdim edilib. Bugünkü buraxılışın ilk səhifələrində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirinə, “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransa və “Konstitusiya və […]

Faydalı linklər