Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 3-cü seminar YouTube kanalımızda

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar məktəbi Nyuton binomu və birləşmələr nəzəriyyəsində qrafiki üsullar mövzusunda seminar keçirib. Seminarı Türkiyə Dəyanət Vəkfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Əlizadə Səhər aparıb.Keçirilən seminara AMEA Riyaziyyat və Mexanika İnstitutunun YouTube kanalından baxa […]

“Riyazi analiz” şöbəsinin “Yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında” mövzusunda məruzə edib. Məruzədə yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında və prosesin riyazi modelinin sabit əmsallı qeyri-bircins kəsr tərtibli diferensial tənliklə […]

E L A N

19.06.2017-сi il saat 12.00-da “Funksiyalar nəzəriyyəsi” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda şöbənin aparıcı elmi işçisi, f.-r.e.n. Rəşid Əliyev “Həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının sərhəd xassələri haqqında” mövzusunda məruzə edəcək. Məruzədə Lebeq inteqralının ümumiləşməsi olan inteqral anlayışlarından istifadə edilərək həqiqi oxda sonlu kompleks ölçünün Koşi tipli inteqrallarının öz sərhəd qiymətləri vasitəsilə ifadəsi veriləcək […]

Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 8-ci “Mobillik qrantı” müsabiqəsini elan edib. Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq […]

E L A N

16.06.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri”adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə yarımarkov dolaşma prosesləri ilə xarakterizə olunan bəzi proseslər haqqında və prosesin riyazi modelinin sabit əmsallı qeyri-bircins kəsr […]

“Lütfi Zadənin Fuzzy çoxluqları haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Lütfi Zadənin Fuzzy çoxluqları haqqında” mövzusunda məruzə edib. Məruzədə əmsallar fəzası anlayışı Banax fəzalarında bazislərlə bağlı olaraq daxil edilmişdir. O, konkret bazislə təyin olunur və bazis üzrə ayrılış operatoru (bu halda onu əmsallar operatoru adlandırırıq) onlar […]

Faydalı linklər