Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Integral Transforms and Special Functions” jurnalında çap olunan məqalə

AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Integral Transforms and Special Functions” (Impact Factor 0.528) jurnalında 2017-ci ildə cild 28, № 4-də 17 səhifəlik “A characterization for Adams type boundedness of the fractional maximal operator on generalized Orlicz-Morrey spaces” adlı məqaləsi çap olunub. © Bütün hüquqlar […]

“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Birinci və ikinci tərtib sub-diferensial” mövzusunda məruzə edib. Məruzədə müəllif tərəfindən verilən birinci və ikinci tərtib sub-diferensialın bəzi xassələri öyrənilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda seminarı keçirilib

 “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı, dos. Bağırov Şirmayıl Həsən oğlu “Xarici oblastda bəzi yarım-xətti elliptik və parabolik tənliklərin qlobal həllərinin varlığı” mövzusunda çıxış edib. Məruzədə kompaktın xarici olan oblastda bəzi yarım-xətti elliptik, parabolik tənliklər üçün Fudjita tipli nəticələr haqda müəllifin son dövrlərdə aldığı nəticələr haqqında məlumat verilib. Əsasən […]

”Cırlaşan kvazixətti elliptik tənliklər üçün aradan qaldırıla bilən məxsusi nöqtə haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Cırlaşan kvazixətti elliptik tənliklər üçün aradan qaldırıla bilən məxsusi nöqtə haqqında” mövzusunda məruzə edib. Məruzə, divergent formalı cırlaşan kvazixətti elliptik tənliklər sinfində aradan qaldırıla bilən məxsusi nöqtə haqqında teoremin doğru olması üçün cırlaşmalara qoyulan kafilik şərtinin tapılmasına […]

E L A N

01.06.2017-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Birinci və ikinci tərtib sub-diferensial” mövzusunda məruzə edəcəkdir. Məruzədə müəllif tərəfindən verilən birinci və ikinci tərtib sub-diferensialın bəzi xassələri öyrəniləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi üzrə Müştərək Proqram çərçivəsində AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir. Müsabiqə zamanı Qara dəniz və Xəzər dənizi regionlarının mədəniyyəti, iqtisadiyyatı və enerji təhlükəsizliyi sahələrini əhatə edən layihə təkliflərinə üstünlük veriləcəkdir. Layihələr BEA-nın müvafiq elmi təşkilatlarından olan […]

Faydalı linklər