Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Sürtünmədən yaranan elektrostatik potensialın qaz dinamikasına təsiri” mövzusunda “Maye və qaz mexanikası” şöbəsinin keçirilib

Bu gün “Maye və qaz mexanikası” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü Pənahov Qeylani “Sürtünmədən yaranan elektrostatik potensialın qaz dinamikasına təsiri” mövzusunda məruzə edib. Məruzədə, elektrikkeçiriciliyə malik qazlı maye sistemlərində axında yaranan elektrostatik potensialın qaz qabarcıqlarının yaranması və genişlənmədə radiusunun dəyişilməsinə təsirinə baxılıb. Alınmış tənliklər sistemini ədədi üsulla həll etməklə, qabarcıqların […]

Gənc Riyaziyyatçılar Məktəbinin “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirəsi keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Gənc Riyaziyyatçılar Məktəbi  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında “Dirixle, yaxud Göyərçin qəfəslər prinsipi” mövzusunda mühazirə keçirib. Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev […]

“Yüksək tərtibli operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi”mövzusunda “Funksional analiz”şöbəsinin seminarı keçirilib

“Funksional analiz”şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbə müdiri prof. H.İ.Aslanov “Yüksək tərtibli operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi”mövzusunda məruzə edib. Müəllif bu istiqamətdə ilk araşdırma olan M.Bayramoğlunun nəticələri haqqında ətraflı məlumat verib, daha sonra özünün və tələbələrinin bu istiqamətdə aldığı nəticələri şərh etmişdir. Son dövrlərdə sonlu parçada operator-diferensial tənliklərin spektral xassələrinin öyrənilməsi istiqamətində alınmış bəzi nəticələr […]

E L A N

24.04.2017-ci il saat 12:00-da “Sürüncəkilk nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir (otaq 705, mərtəbə 7). Seminarda şöbənin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblının “Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda ikinci məruzəsi olacaqdır. Məruzədə konstruksiyaların təsadüfi yüklənmələrin təsiri altında dağılmasının proqnozlaşdırılması məsələsinin həlli veriləcəkdir. […]

“Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarinin işlənməsi və tətbiqi” mövzusunda doktorluq disssertasiya işinin ilkin müzakirəsi keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.f.d Əşrəfova Yeganə Ramiz qızının “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarinin işlənməsi və tətbiqi” mövzusunda doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Məruzədə qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həlli tədqiq olunub. […]

E L A N

21.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi Aynur Nizami qızı Məmmədovanın “Çəkili ikidəyişənli kəsilməzlik modulunun xassələri” mövzusunda məruzəsi olacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər