“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “G – metrikalı Hilbert fəzalarında xətti operatorlar” mövzusunda çıxış edib. Məruzədə hermit-bixətti (G -) metrikası ilə təchiz olunan Hilbert fəzalarında xətti operatorlar nəzəriyyəsinin əsas faktları şərh olunub. Xüsusi halda, praktikada daha çox rast gəlinən, sərhəd şərtlərinə spektral parametr daxil olan diferensial operatroların […]
”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda şöbənin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov və aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev ”Heyzenberq və Karno qrupları” mövzusunda məruzə ilə birgə çıxış etmişdilər. Məruzə zamanı ”Carnot-Caratheodory metrique” metrikasının tərifi verilmiş, əsas xassələri və Heyzenberq qrupu ilə əlaqənin olub, olmaması məsələsi müzakirə […]
Bu gün Ümuminstitut seminarında Bakı Dövlət Universitetinin proffessoru Asəf İsgəndərov “Termoelastik konstruksiyaların diaqnostika modelləri” mövzusunda məruzə edib. Mərüzədə konstruksiyaların diaqnostika modelləri şərh olunaraq, termoelastik konstruksiyalar üçün məsələ ətraflı baxılıb. Alınmış riyazi məsələnin həlli üçün varlıq və yeganəlik teoremi isbat edilir. Ədədi həll üçün iterasiyalarla requlyarlaşdırma üsulu istifadə edilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
19/04/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Zeitschrift für Analysis und ihre Anwendungen. Journal of Analysis and its Applications” jurnalında 2017-ci ildə cild 36, № 1 və 2-də 18 və 20 səhifəlik “Generalized Morrey spaces” və “Generalized Hardy Morrey spaces” adlı iki məqaləsi çap olunub. © […]
19/04/2017
Aksiomatik üsul – elmi nəzəriyyənin qurulması üsullarından biridir. Aksiomatik üsul dünyanı dərk etməyin çox mühüm vasitələrindən biridir. Müasir riyaziyyatın bir çox sahələri, nəzəri mexanika, fizikanın bəzi sahələri aksiomatik üsulla qurulmuşdur. Bu üsulda verilmiş elm sahəsinin bəzi obyektləri tərifsiz qəbul olunur və onların xassələri aksiomlarda ifadə olunur. Sonrakı anlayışlar təriflərin köməyi ilə daxil edilir. Bu təriflərdə […]
21.04.2017-cı il saat 12:00-da «Cəbr və riyazi məntiq» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi f.-r.e.n Aydın Şahbazov “Normalı cəbrlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə cəbri əməllərlə norma arasındakı əlaqə haqqında danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.