29/10/2025
24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün “Elm və təhsil yeniliklərinin media təqdimatı” mövzusunda iki günlük təlim təşkil olunub. Təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatlar, yeniliklər və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarını artırmaq, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub. Proqram çərçivəsində media nümayəndələri […]
27/10/2025
Dünyanın aparıcı riyaziyyatçılarından sayılan professor Uğur Abdulla Bakıda yazıçı Gülhüseyn Hüseynoğlunun ailəsində doğulub boya-başa çatıb. On beş yaşında Bakıdakı 20 nömrəli məktəbi qızıl medalla bitirib. Gənc yaşlarından riyaziyyat, fizika olimpiadalarında və idmanda qazandığı nailiyyətləri ilə seçilib. Sərbəst güləş üzrə Azərbaycan çempionu və milli komandanın üzvü olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaz yyat fakültəsində təhsil alıb. […]
27/10/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur” başlıqlı icmal təqdim edilib. Bugünkü buraxılışın ilk səhifələrində “AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran […]
26/10/2025
Ferdinand Georg Frobenius — XIX əsrin sonu və XX əsrin əvvəllərində riyaziyyatın bir sıra mühüm istiqamətlərinə dərin təsir göstərmiş alman alimi olmuşdur. O, elliptik funksiyalar, diferensial tənliklər və qruplar nəzəriyyəsi sahələrində əhəmiyyətli elmi nəticələr əldə etmiş, 1893-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü seçilmişdir. Frobenius 1849-cu ilin 26 oktyabrında Berlinin yaxınlığında yerləşən Şarlottenburq qəsəbəsində protestant ruhani […]
24/10/2025
Oktyabrın 23-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib. Tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İctimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri […]
23/10/2025
Veb-saytlar süni intellektin təsiri nəticəsində getdikcə daha çox trafik itirirlər. Wikipedia bu tendensiyada istisna deyil. Onlayn ensiklopediyanın arxasında duran fond bu mövzu ilə bağlı bəyanat yayıb. Fondun nümayəndələri süni intellekti demonizə etmək istəmədiklərini bildiriblər, lakin istifadəçiləri məlumatı əldə etdikləri mənbələrə qarşı tənqidi yanaşmağa çağırıblar. İnternetdə məlumat axtarışı üsulları köklü şəkildə dəyişib. İndi getdikcə daha çox […]