04/04/2014
Aprelin 4- də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Əcnəbi vətəndaşların hazırlığı” fakültəsinin dekanı Ramiz İsgəndərov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə edib. “Zədələnmələri nəzərə alınan möhkəmləndirilmiş konstruksiya elementlərinin özlü-elastiki mühitdə dayanıqlığı” mövzusunda olan dissertasiya işi şura üzvlərinin müsbət rəyini alıb.
Dissertasiyada alınmış nəticələr 25 işdə öz əksini tapıb.