Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiyalara dair tələblər


2.1. Əsas tələblər

2.1.1. Dissertasiyanın mətni kompyuterdə yığılır və çap olunur. Çap A4 (210 x 297  mm) formatlı ağ kağızın bir üzündə, sətirlər arasındakı məsafə 1,5 interval olmaqla yerinə yetirilməlidir.
2.1.2. Kompyuterdə dissertasiyaların mətni Azərbaycan dilində latın əlifbası,  rus dilində kiril əlifbası və ingilis dilində ingilis (ABŞ) əlifbası ilə  Times New Roman -14 şriftləri ilə çap olunmalıdır.
Şəkillər və cədvəllər A3 (297 x 420 mm) formatda da yerinə yetirilə bilər.
2.1.3. Dissertasiyanın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə – 30 mm, sağ – 10 mm, yuxarı və aşağı – 20 mm (yuxarı və sonuncu sətirə qədər).
2.1.4. Sözlər arasındakı məsafəni nəzərə almaqla, sətirdəki işarələrin sayı 60-65-dən az olmamalıdır. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır.
2.1.5. Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda olmalıdır.
2.1.6. Dissertasiyanın mətninə ayrı-ayrı sözlər, formullar, şərti işarələr qara mürəkkəb və ya qara tuşdan istifadə etməklə əlavə oluna bilər. Əlavə mətnin sıxlığı əsas mətnin sıxlığına yaxın olmalıdır.
2.1.7. Dissertasiyada çapdan sonra aşkar edilmiş səhvlər və qrafik yanlışlıqlar düzəldilə bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır.
2.1.8. Elmlər doktoru dissertasiyasının həcmi 200-250 səhifə, fəlsəfə doktoru dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30% artıq ola bilər.
2.1.9. Dissertasiyanın əsas mətni fəsil, yarımfəsil və bəndlərə bölünür.
2.1.10. Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, böyük hərflərlə, yarımfəsillərin başlıqları isə abzasdan başlayaraq sətri hərflərlə yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başlıqların yazılışında sözlərin hecalara ayrılaraq bir sətirdən digərinə  keçirilməsinə yol verilmir. Başlığın axırında nöqtə qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla bir-birindən ayırmaq lazımdır.
2.1.11. “MÜNDƏRİCAT”, “GİRİŞ”, “NƏTİCƏ”, “İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT”, “ƏLAVƏLƏR” sözləri dissertasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir.
2.1.12. Fəsil və yarımfəsil arasındakı, eləcə də başlıq və mətnin (bəndin) arasındakı məsafə 2 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz.
2.1.13. Hər fəsil yeni səhifədən başlanmalıdır.

2.2. Nömrələmə

2.2.1. Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir.
Dissertasiyanın səhifələri nömrələnərkən üz vərəqi də nəzərə alınır. Üz vərəqində nömrə çap edilmir, ondan sonra gələn səhifədə «2» rəqəmi, sonrakı səhifələrdə isə ardıcıl nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir. Səhifələr (əlavələr, arayışlar, aktlar və s. daxil olmaqla) ardıcıl olaraq nömrələnir.
2.2.2. İstifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb rəqəmləri ilə ardıcıl nömrələnməlidir.
2.2.3. Fəsillər  rum  rəqəmləri  ilə      ardıcıl    olaraq    nömrələnir (məsələn:
I FƏSİL). Mündəricat, giriş və nəticəyə nömrə qoyulmur.
2.2.4. Yarımfəslin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və yarımfəslin nömrələrindən ibarətdir. Yarımfəslin sonunda nöqtə işarəsi qoyulur, məsələn: 2.5. (ikinci fəslin beşinci yarımfəsli).
2.2.5. Yarımfəslin daxilində bəndlər olduqda onlar ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir. Bəndin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, yarımfəslin və bəndin nömrəsindən ibarətdir. Nömrənin sonunda nöqtə işarəsi qoyulur, məsələn:
2.5.1. (ikinci fəslin beşinci yarımfəslinin birinci bəndi).
2.2.6. Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, çertyojlar, sxemlər, qrafiklər) dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir.
2.2.7. Dissertasiyanın mətni və cədvəllərə arayış və aydınlaşdırıcı xarakter daşıyan qeydlər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnməlidir. Əgər cəmi bir qeyd varsa, o nömrələnmir, əgər qeydlərin sayı birdən çoxdursa, «Qeyd» sözündən sonra iki nöqtə qoyulur və qeydlər nömrələnir. Məsələn:Qeyd:



Qeydlərin çapı üçün şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.

3. İllüstrasiyalar

3.1. İllüstrasiyalar keyfiyyətli olmalıdır. Şəkillər həm qara tuş və ya qara mürəkkəblə çəkilə bilər, həm də rəngli ola bilər.
Dissertasiyada yalnız kompyuter və ya cizgi yolu ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar.
A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.
Dissertasiyanın 1-ci və 2-ci nüsxələrində fotoların orijinalı olmalıdır.
3.2. İllüstrasiyalar elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar mətndə onlara birinci istinaddan sonra yerləşdirilməlidir.
3.3. İllüstrasiyalar (cədvəllərdən başqa) «Şək.» sözü ilə nişanlanır və fəslin daxilində ərəb rəqəmləri ilə nömrələnir. İllüstrasiyanın nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən və illüstrasiyanın ardıcıl nömrəsindən ibarətdir.   Məsələn: Şək. 1.2 (birinci fəslin ikinci şəkli).
İllüstrasiyanın nömrəsi və adı illüstrasiyanın altında yerləşdirilir.

4. Cədvəllər

4.1. Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflə başlanmalıdır. Başlığın altından xətt çəkilməməlidir.
4.2. Cədvəl, mətndə onun ilk xatırladılmasından sonra elə yerləşdirilir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdən sonra onu oxumaq mümkün olsun. Sətirlərinin və sütunlarının sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirmək olar.
4.3. Fəslin içindəki cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir (əlavədə verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən və cədvəlin ardıcıl nömrəsindən ibarətdir, məsələn, Cədvəl 1.2 (birinci fəslin ikinci cədvəli). Əgər dissertasiyada cəmi bir cədvəl varsa, onu nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir.
4.4. Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə, “Cədvəl” sözü və onun nömrəsi cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir; cədvəlin qalan hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Əgər dissertasiyada bir neçə cədvəl varsa, onda “ardı” sözünün qarşısında cədvəlin nömrəsi yazılır, məsələn: Cədvəl 1.2-nin ardı.
Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ küncdə çap edilir.
4.5. Cədvəllərin sütun və sətirlərinin başlıqları, onların içərisindəki məlumatlar üçün şriftin ölçüsü 12, sətirarası məsafə bir interval olmalıdır.

5. Formullar

5.1. Mətndə verilən formullar (sayı birdən artıqdırsa) ərəb rəqəmləri ilə ardıcıl nömrələnməlidir. Formulun nömrəsi bir-birindən nöqtə ilə ayrılmış fəslin və formulun ardıcıl nömrələrindən ibarətdir. Formulun nömrəsi onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizənin içində yazılır. Məsələn, (3.1) – yəni, üçüncü fəslin birinci formulu.
5.2. Formulda rast gəlinən simvolların mənası və ədədi əmsalların izahı, onların formuldakı yerləşmə ardıcıllığını nəzərə alaraq, bilavasitə formulun altında verilir. Hər bir simvolun mənası və ədədi əmsalın izahı yeni sətirdə yerləşdirilməlidir. İzahatın birinci sətri “Burada” sözündən başlamalıdır.
5.3. Tənliklər və formullar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. Hər formulun üstündə və aşağısında bir və ya iki boş sətir olmalıdır. Tənlik bir sətrə yerləşmədikdə, onun ardı bərabərlik (=),  plyus (+), minus (-), vurma (x) və ya bölmə (:) işarələrinin hər hansı birindən sonra yeni sətrə keçirilir.

6. Biblioqrafik istinadlar

6.1. Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir. Məsələn: [115] və ya (115).
6.2. Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn, [39, s.250-252], [153, c.2, s.106] və mətnin digər bir yerində [39, s.156], [153, c.1, s.86-91] və s.
Mətnin altında sətiraltı istinadlar məqsədəuyğun deyildir.

7. Titul vərəqi

Titul vərəqi dissertasiyanın birinci səhifəsidir, nömrələnmir və “Dissertasiya şuraları haqqında” Əsasnamədəki Əlavə 1.5-ə uyğun olaraq tərtib edilir.

8. Mündəricat

Mündəricatda bütün fəsillərin, yarımfəsillərin və bəndlərin başlıqlarının dissertasiyanın hansı səhifəsindən başlandığı göstərilir.

9. Şərti işarələr, simvollar, vahidlər və terminlərin siyahısı

9.1. Əgər dissertasiyada xüsusi terminlərdən, həmçinin geniş yayılmamış ixtisarlardan, yeni simvollardan, işarələr və s. istifadə edilirsə, onların siyahısı “İxtisarların siyahısı” başlığı altında ayrıca vərəqdə dissertasiyanın əvvəlində verilməlidir. 9.2. Siyahı sütun şəklində yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ tərəfində isə onun dəqiq açılışı verilir. 9.3 Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir, bunların açılışı isə mətndə onların birinci dəfə adı çəkilən kimi verilir.

10. İstifadə edilmiş ədəbiyyat

10.1. Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə, ardıcıl nömrələnərək siyahıda göstərilir. 10.2. İstifadə edilmiş ədəbiyyat siyahısında həmçinin son 5-10 ilin ədəbiyyatı öz əksini tapmalıdır. 10.3. Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir: . nöqtə , vergül : iki nöqtə / çəpəki xətt // qoşa çəpəki xətt ( ) adi mötərizə [ ] kvadrat mötərizə 10.4. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir: 10.4.1. Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və inisialları verilir. Məsələn: Qeybullayev Q. Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s. Мамедов М. Г., Кребс Р.И. Иммуноферментный анализ: теория и практи- ка. М.: Кристалл, 1999, 109 с. Прихожан А.М. Психологический справочник, или как обрести уверенностъ в себе, Кн. для учащихся. М.: Просвещение, 1994, 191 с. Friemel H. History of agriculture development in Europe. Berlin: Springer Verlag, 2000, 242 p. Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar verildikdə (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə göstərilir. Məsələn: Криминалистика: Ali məktəblər üçün dərslik / K.Q. Sarıcalinskayanın redaktəsi ilə. Bakı: Hüquq ədəbiyyatı, 1999, 715 s. Умственное воспитание дошкольника / Под ред. Н. Н. Поддьякова. М.: Педагогика, 1972, 288 с. Оперативно-розыскная деятельность: Учебник / Под ред. К. К. Горя­инова, В. С. Овчинского, А. Ю. Шумилова / М.: Инфра-М, 2001, 794 с. Coxcildli nəşrə aşağıdakı kimi istinad edilir: Azərbaycan tarixi: 7 cilddə, IV c., Bakı: Elm, 2000, 456 s. Годфруа Ж. Что такое психология: в 2-х т. Т.1, М.: Мир, 1992, 496 с. 10.4.2. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1. Məqalə haqqında məlumat; 2. Məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir-birindən qoşa çəpəki xətlə – «//» ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. Məsələn: Vəlixanlı N. M. X əsrin ikinci yarısı – XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha “Naxçıvanşahlıq” haqqında // AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 2001, № 3, s. 120-129 Baxşəliyev V. B., Qədirzadə Q. İ. Gəmiqaya rəsmlərində Ön Asiya motivlərinin izləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2002, № 9, s.37-40 Rəhmani S. Ə., Əhmədov M.A., Həmişəyev U.Ş., Babaşova N.M. Plazmoferez zamanı hemoreoloji göstəricilərin dinamikası // Azərbaycan Tibb Jurnalı, 1993, № 9-10, s.30-33 Краснопольский В.И., Буянова С.Н., Иоселиани М. Н., Петрова В.Д., Диагностика и выбор хирургической коррекции недержания мочи при про-лапсе гениталий у женщин // Акушерство и гинекология, 2000, №1, с.29-32 Liang C., Kriman S. An IR – spectroscopic study of the effect of ionzing irradiation on the structure of polybutadiene (akrilonitril) //Polymer Science., 1999, v.31, No 123, pp.51-60 Dörddən çox müəllifi olan məqalələrdə ilk üç müəllifin soyadları və inisialları, sonra isə aşağıdakı ixtisarlardan biri verilir: – «və b.» – Azərbaycan dilində olan nəşrlərdə; – «и. др» – rus dilində olan nəşrlərdə; – «et al» – Qərbi Avropa dillərində olan nəşrlərdə. Məsələn: Məmmədov F. X., Mahmudov T. Q., Sadıxova Z.İ. və b. Armourianum növü və onun seleksiya əhəmiyyəti // Azərbaycan Aqrar elmi, 2003, № 1-3, s.78 Желудкова О.Г., Русанова М.Г., Ишкова Т.А. и др. Результаты лечения хронического гепатита у детей со злокачественными опухолями // Вирусные гепатиты, 1999, №2, с.11-14 Iger D., Mollis A., Knight A. et. al. Automatized programmed sinthesis of peptides // Journal of Applicational Biochemistry, 2001, v.48, p.p. 326-329 10.4.3. Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri də iki hissədən ibarət olur. Onlar isə bir-birindən bir çəpəki xətlə – «/» ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Məsələn: Məmmədova G.H. Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu / Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı: Nurlan, 2003, s.3-10 Магомедов А.Г. Шейх Шамиль и освободительное движение в Дагестане / Материалы научной сессии Института общей истории РАН. СПб.: Теза, 2002, с.135-147 Dadasheva A., Mamedov M., Mikhailov M. et al. İnfluence of hepatotropic carcinogens to cytokines level in serum of rats. / Hepatocyte transplantation International Symposium.: Progress in gastroenterology and hepotology. Hannover, 2001, p.12 10.4.4. Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları, dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan elmi dərəcə, şəhər, nəşr ili və həcmi göstərilir. Məsələn: Süleymanov S. Y. Xlorofil-zülal kompleksləri, xloroplastların tilakoid membranında onların struktur-molekulyar təşkili və formalaşmasının tənzimlənməsi: Biol. elm. dok. … dis. Bakı, 2003, 222 s. Павличкова Г.Л. Индивидуализация педагогической помощи на основе учета акцентуаций характеров: Дис. …канд. пед. наук. Владимир, 1992, 141 с. Dissertasiyanın avtoreferatına da eyni qaydalarla istinad edilir, yalnız “avtoreferat”sözü əlavə edilir. Məsələn: Feyziyev F. G. İkilik xanalı sistemlərdə diskret proseslərin kvadratik optimallaşdırılması (üsullar, alqoritmlər, proqramlar):Fiz-riyaz. elm. dok. … dis. avtoref. Bakı, 2003, 41 s. Влегжанин А.Н. Международно-правовые основы природоресурсной деятельности государств в Мировом океане: Автореф. дис. … докт. юр. наук. Дип. Академия МИД РФ, М., 2002, 39 с. 10.4.5. Qəzet materiallarına istinad edildikdə, müəllifin soyadı və inisialları, sonra mənbənin adı, qəzetin adı, nəşr olunduğu şəhər, il, gün, ay və ya nömrə göstərilir. Məsələn: Məmmədov M.A. Faciə janrının tədqiqi. “Ədəbiyyat və incəsənət” qəz., Bakı, 1966, 14 may Зотов Г. Б. Тибетские тайны Гитлера. Газ. «Аргументы и факты», Москва, 2004, июнь, № 24 10.4.6 Arxiv materiallarına aşağıdakı kimi istinad edilir: Azərbaycan Respublikası Dövlət Tarix Arxivi: F.44, siy.2, iş 26, v.3-5 ЦГИА Российской Федерации: Ф.19, оп. 3, д. 101, л.1

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər