Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının  iclasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin  müdafiəsi keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-nun “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin aparıcı elmi işçi Etibar Sədi oğlu Pənahov “Diferensial operatorlar üçün spektral və potensial nəzəriyyənin bəzi tərs məsələləri və tətbiqləri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib.
Dissertasiyada alınmış nəticələr 37 işdə öz əksini tapıb. Dissertasiya işi müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər