Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti nə zaman təşkil edilib?


1914-cü ilin noyabrın 21-də cəmiyyətin təsisçisi Rəhilə xanım Hacıbabayeva idi. Sona xanım Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə xanım Hacıbabayeva sədr müavini, Əminə xanım Ağayeva katib, Pəri xanım Topçubaşova xəzinədar seçilmişdi.

Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yaxud uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi.

Ümumiyyətlə, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda 30-dan artıq xeyriyyə cəmiyyəti fəaliyyət göstərirdi. Onların fəaliyyətində maarifçilik istiqaməti mühüm yer tuturdu.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər