Professor Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin  baş  elmi  işçisi, Rusiya Xalqlar Dostluğu Universitetinin akad. S.M. Nikolski adına Riyaziyyat İnstitutunun baş elmi işçisi və xarici araşdırmaçısı, r.e.d.,  AMEA-nın prof. Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri”  mövzusunda məruzə etdi.

Məruzədə əvvəlcə dəyişən dərəcəli  Morri fəzaları haqqında bəzi ümumi məlumat verildi. Daha sonra iki müxtəlif  dəyişən dərəcəli Morri  fəzaları arasında kəsilməz daxiloma teoremləri haqqında danışıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.