11/11/2025
Babayev Arif Əliheydər oğlu, riyazi analiz sahəsində tanınmış alim. 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur, 1952-ci ildə 7 nömrəli orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” şöbəsinə qəbul olmuşdur. 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, elə həmin il əyani aspiranturaya qəbul olmuşdur. Parlaq riyazi istedada malik olduğunu göstərərək, o […]
10/11/2025
Əliyev Rafiq Musa oğlu, 10 noyabr 1937-ci ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Cəlilabad rayonunun Prişib qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin nəzdində 01.01.01 – riyazi analiz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. […]
28/10/2025
Qasımov Telman Benser oğlu, 28 oktyabr 1959-cu ildə Xankəndində anadan olmuş, 1976-cı ildə Qazax rayonu 1 nömrəli orta məktəbi bitirib. 1976-1981-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, bundan sonra M.V.Lomonosov adına MDU-nun Mexanika-riyaziyyat fakültəsində professor Sadovniçiy Viktor Antonoviçin rəhbərliyi altında 1982-1984-cü illərdə təcrübi-iş mübadiləsi keçmiş, 1985-1988-ci illərdə orada məqsədli aspiranturada oxumuş, 1988-ci ildə […]
25/10/2025
Sultanov Rüstəm Maksun oğlu, funksional analizin inteqral tənliklərə tətbiqi sahəsində mütəxəssis, 25 oktyabr 1910-cu ildə Naxçıvan şəhərində anadan olmuş, orta təhsilini Naxçıvan şəhərində almış, 1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, 1932-1937-ci illərdə ali təhsilini Moskva Vilayət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsində almış, riyaziyyatçı ixtisasına yiyələnmiş, 1944-1946-cı illərdə Azərbaycan SSR-nin EA-nın aspirantı olmuşdur. 1947-ci ildə […]
25/10/2025
25 oktyabr 1917-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində müəllim ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Universiteti Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat bölməsinə qəbul olmuş, o dövrün, tələbələr üçün ən yüksək təqaüdü olan Stalin təqaüdü ilə oxumuş və 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra 1941-ci ildə Böyük Vətən müharibəsində iştirak […]
22/10/2025
Alxutov Yuriy Aleksandr oğlu, elliptik və parabolik tip ikinci tərtib xəttivə kvazi-xətti tənliklərin həllərinin keyfiyyət nəzəriyyəsi sahəsində mütəxəssis, 22 oktyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuş, 1974-cü ildə 145 nömrəli orta məktəbi bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil, 1981-1982-ci illərdə Azərbaycan Politexnik İnstitutunda aspirantura təhsili almışdır. 1982-ci ildə Azərbaycan SSR Elmlər […]