ELAN

06.03.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olacaqdır.

Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun yüksək tərtibli kommutatorunun məhdudluğu müzakirə ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.