Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyev, həmin institutun baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Tahir Hacıyev və dissertant K. Süleymanovanın  1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Studia Scientiarum Mathematicarum Hungarica

(https://akjournals.com/view/journals/012/012-overview.xml) 0.360 yüksək impakt faktorlu jurnalda dərc edilib.

Müntəzəm elliptik tənliklər üçün ümumiləşmiş çəkili Morri fəzalarında Dirixle məsələsi” (https://akjournals.com/view/journals/012/57/1/article-p68.xml) adlı məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında verilmiş harmonik analizin mühüm operatorları olan Hardi-Litlvud və Kalderon-Ziqmund sinqulyar inteqral operatorlar üçün  çəki Ap Makenhoupt sinifindən olduqda ümumiləşmiş çəkili Sobolev-Morri fəzalarında məhdudluq məsələləri araşdırılmışdır. Nəticədə ümumiləşmiş çəkili Sobolev-Morri fəzalarında olan yüksək tərtib müntəzəm elliptik tənliklərin zəif həlli üçün məhdud hamar Ω ⊂ Rn  oblastında aprior qiymətləndirmələr verimişdir.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://akjournals.com/view/journals/012/57/1/article-p68.xml

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.