“Horizon 2020” Green Deal Call proqramı çərçivəsində növbəti sessiyalar keçiriləcək

“Horizon 2020” Green Deal Call (Yaşıl razılaşma çağırışı) proqramı çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün maliyyə imkanları üzrə vebinarın növbəti sessiyaları (2-ci və 3-cü sessiyalar) keçiriləcək.

2 oktyabr 2020-ci il tarixində saat 12:00-da təşkil ediləcək ikinci sessiyada Green Deal Call çərçivəsində 1-5-ci istiqamətlər, şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması üzrə ətraflı məlumat veriləcək. İştirak üçün linkdən qeydiyyatdan keçmək lazımdır.

8 oktyabr 2020-ci il tarixində saat 15:00-da keçiriləcək üçüncü sessiyada isə Green Deal Call çərçivəsində 6-10-cu istiqamətlər, şəbəkələrin yaradılması və layihə təkliflərinin yazılması üzrə təlim keçiriləcək. İştirak üçün linkdən qeydiyyatdan keçmək lazımdır.

© Mənbə: www.science.az