Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


13  oktyabr  2021-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof. Bilal Telman lu Bilalov “Qeyri-standart fəzalarda Laplas və Puasson tənlikləri üçün Dirixle məsələsinin  müxtəlif qoyuluşları haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə qeyri-standart adlanan (dəyişən dərəcəli Lebeq, Morri, qrənd-Lebeq, Marçinkeviç və s.) fəzaların doğurduğu Sobolev fəzalarında Laplas və Puasson tənlikləri üçün müxtəlif qoyuluşlarda Dirixle məsələlərinə və onların müqayisəsinə  baxılacaqdır.

İclasa qoşulmaq üçün

https://zoom.us/j/4067333301?pwd=YUZ2S2dSVTJQMURmNFkvZzc5aTlvZz09

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 406 733 3301

Parol: 123456

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər