OpenAI şirkəti yaxın vaxtlarda flaqman süni zəka modeli olacaq GPT-5-i təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Gözlənilir ki, bu model hazırda mövcud olan bir neçə süni zəka modelini – məsələn, GPT-4o və GPT-4-ü əvəz edəcək, bu da ChatGPT istifadəçiləri üçün iş prinsiplərini sadələşdirəcək və süni zəka texnologiyalarının effektivliyini artıracaq. Hazırda ChatGPT ekosistemində müxtəlif və güclü modellər […]
ALMA radioteleskopunun və Hubble ilə James Webb kosmik teleskoplarının köməyi ilə alimlər erkən kainata nəzər sala biliblər və bizim Süd Yolu qalaktikamıza bənzər spiral qalaktikaların necə meydana gəldiklərinə dair aşkar ediblər. Astronomlar kainatın cəmi 1 milyard yaşı olduğu dövrə baxış əldə edə biliblər. Bu, onun indiki yaşının təxminən 7%-ni təşkil edir. Bu müşahidələr ALMA radioteleskopu […]
Cahangir Əlikram oğlu Babayev, tətbiqi riyaziyyat, riyazi modelləşdirmə, optimallaşdırma nəzəriyyəsi və üsulları istiqaməti üzrə tanınmış mütəxəssis, 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi qızıl medalla bitirmiş, 1954-cü ildə Moskva Fizika-texnika İnstitutunun aerodinamika fakültəsini bitirdikdən sonra Mərkəzi Aerohidrodinamika İnstitutunun (Moskva) aspiranturasında təhsil almış, eyni zamanda həmin institutda əmək fəaliyyətinə […]
8 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub. İclasda dissertasiya mövzularının müzakirəsi ilə yanaşı, Şuranın Əsasnaməsinə uyğun olaraq onun qarşısında duran digər vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələr zamanı […]
“Microsoft” şirkətinin mütəxəssisləri həkimlərdən 4 dəfə daha dəqiq nəticə verən yeni süni intellekt sistemini hazırlayıblar. “MAI Diagnostic Orchestrator” (qısa adı: MAI-DxO) adlanan sistem tibbi diaqnostikada inqilabi dəyişiklik vəd edir. Yeni sistem “OpenAI”, “Google”, “Meta” və digər şirkətlərin modellərini birləşdirərək “birlikdə qərar” mexanizmi ilə işləyir. 304 mürəkkəb tibbi hal üzərində aparılan testlərdə sistemin diaqnostik dəqiqliyi 80 faizə […]
2025-ci ilin ilk 5 ayı ərzində “Scopus” elmmetrik bazasında ümumilikdə 2755 məqalə nəşr olunub. Bu məqalələrdən 2000-dən çoxu Q1 və Q2 indeksli elmi jurnallarda nəşr olunub. Q1 indeksli jurnallarda məqalə sayı Q2 indeksli jurnallarda əks olunan məqalə sayından təxminən 2.7 dəfə çox olub (Q1-1465, Q2-546). AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin […]