Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

PƏRVANƏ MALİK qızı HƏSƏNOVA 10 yanvar 2014-cü il tarixində “İRSI ELASTİK KONSTRUKSİYALARIN DAĞILMA PROSESİNİN ZAMANA GÖRƏ MODELLƏŞDİRİLMƏSİ ” mövzusunda 2002.01-Deformasiya olunan bərk cism mexanikası ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir.


Dissertasiya isi, xüsusi törəməli xətti və kvazixətti elliptik tənliklərin keyfiyyət xassələrinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın əsas nəticələri aşağıdakılardır:Dissertasiya işi irsi elastik materialdan hasırlanmış konstruksiyaların uzun müddətli dağılma proseslərinin uyğun model konstruksiyaların dağılma prosesləri vasitəsilə modelləşdirilməsinə həsr olunmuşdur. İşdə aşağıdakı nəticələr alınmışdır.Landis- Gerverin məlum orta qiymət teoreminin yeni çəkili və qeyri-xətti analoqu əldə edilmişdir;

Sonsuz müstəvidə topa qüvvənin təsiri haqqında irsi elastikiyyət nəzəriyyəsinin sərhəd məsələsinin dəqiq həlli verilmişdir;
Fırlanan diskin deformasiyası haqqında irsi elastikiyyət nəzəriyyəsinin sərhəd məsələsinin təqribi və dəqiq həlli verilmişdir;
Deformasiya prosesindən sonra baş verən zədələnmə prosesi nəticəsində natur konstruksiyanın uzun sürən dağılmasının model konstruksiyanın dağılması vasitəsilə modelləşdirilməsi şərti çıxarılmışdır;
Aşağıdakı konstruksiyaların uzun sürən dağılma prosesinin riyazi modelləşdirilməsi həyata keçirilmişdir:
qalın divarlı içi boş xaricdən bərkidilmiş silindrin şauquli hərəkəti zamanı dağılmasının modelləşdirilməsi,
dairəvi deşiyi olan lövhənin bir oxlu dartılmada modelləşdirilməsi;
qeyri-xətti irsi elastik silindrin daxili təzyiq təsirindən dağılmasının modelləşdirilməsi,
qeyri-xətti irsi elastik tirin burulma zamanı dağılmasının modelləşdirilməsi.