26/02/2014
Seminarda “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.n., dos. Nihan Əliyev məruzə edib.
Məruzədə müxtəlif törəmələr və onların invariantları haqqında danışılıb. Bu törəmələrlə əlaqədar müəyyən sinif tənliklər üçün məsələlərin həlli üşün analitik ifadələr alınıb. Məqsəd ixtiyari tənlik üçün qoyulmuş sərhəd məsələsini nüvəsində sinqulyarlığı zəif olan ikinci növ Fredholm tipli inteqral tənliyə gətirmək olub.