03/04/2014
Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin A-Koşi inteqralı olur. Bu şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması isbat olunur.