17/04/2014
Aprelin 16-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Dağılmadan əvvəlki uc zonaları dəyişkən enli yarığın sahillərinin qarşılıqlı təsiri haqqında kontakt məsələ” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “sürüncəklik nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d., prof. Vaqif Mirsəlimov məruzə edib.
Məruzədə seminar iştirakçılarına elastiki deformasiya ilə ölçülən dəyişkən enli yarığı olan elastiki müstəvinin həcmi qüvvələrlə sıxılması haqqında müstəvi məsələsi barəsində geniş məlumat verilmişdir.