![](https://www.imm.az/exp/wp-content/uploads/2023/12/22.jpg)
Mayın 30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 1 İyun “Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə institututun Həmkarlar Təşkilatı tədbir keçirdi. Tədbirdə institut əməkdaşlarının uşaqları iştirak etdi. Uşaqların bilik və bacarıqları nümayiş etdirildi. Üç istiqamət- şeir demək, rəsm çəkmək, rəqs etmək üzrə yarışlar keçirildi. Qalib gələn balacalar medallar və hədiyyələrlə mükafatlandırıldı.