Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları təlimdə iştirak ediblər


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun «Siqnalların emalının riyazi problemləri laboratoriyasının» şöbə müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Sadıqova və «Maye və qaz mexanikasi» şöbəsinin laborantı İbrahim Məmmədov «Elmi jurnalların nüfuzunun artırılması və yeni elmi jurnalların yaradılması istiqamətində» keçirilən təlimdə iştirak ediblər.

29-30 sentyabr 2023-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə “Elmi nəşrlərlə bağlı beynəlxalq” reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2023-cü il üzrə Yol Xəritəsi”nin müvafiq bəndləri əsas alınaraq, ali təhsil müəssisələri və elmi -tədqiqat institutlarında fəaliyyət göstərən jurnalların redaktor və redaksiya heyətindən ibarət Auditoriya üçün “Elmin inkişafında elmmetriyanın rolu: Nüfuzlu elmi jurnalların hazırlanması” adlı tədbir keçirilib.

«Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi» İctimai Birliyi tərəfindən keçirilən tədbirdə, Əqli Mülkiyyət Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliev «Elmdə etik qaydalar və alimin müəlliflik hüquqlarının qorunması» və İctimai Birliyin sədri, ekspert Xəyalə Məmmədova «Elmin inkişafında elmmetriyanın rolu» və beynəlxalq elmi bazaların tələbləri” mövzusunda geniş məruzə edib.

Tədbirin növbəti günündə, İctimai Birliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Rəqəmsal Xidmətləri Mərkəzinin direktoru Vüsal Bəxtiyarov “Elmdə jurnalların informationsiya texnologiyaları sisteminin formalaşdırılması və perspektivləri”  və ekspert Xəyalə Məmmədova «Elmi-tədqiqat, elmi məqalələrin konseptual olaraq strukturlaşdırılması  və hazırlanma metodikası» ilə bağlı təlim təşkil ediblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.azsaytına istinad zəruridir.