22/05/2025
22.05.2025-ci il tarixdə Elm və Təhsdil nazirliyi Riyaziyyat və mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Ali Neft Məktəbinin dosenti Nicat Əliyev “Böyükölçülü strukturlu həqiqi sabitlik radiusunun təqribi hesablanması üçün alt fəza metodu” mövzusunda məruzə edib.
Məruzədə böyükölçülü sistemlər üçün strukturlaşdırılmış real sabitlik radiusunun hesablanması məsələsi araşdırılıb. Bu məqsədlə yeni bir altfəza əsaslı yanaşma təklif edilib. Təklif edilən metodun nəzəri baxımdan kvadratik yaxınlaşma sürəti ilə işlədiyini sübut edilib. Yanaşmanın effektivliyi müxtəlif ədədi nümunələr üzərində aparılmış sınaqlarla nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.