27/05/2025
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi,dosent Mehriban Ömərovanın müəllifi olduğu məqalə çap olunub. Məqalə “Mathematical Methods in the Applied Sciences” (https://onlinelibrary.wiley.com/journal/10991476)(WoS, IF-2.9) yüksək impakt faktorlu Q1 kateqriyalı jurnalda dərc edilib.
“Parabolik total Morri fəzalarında parabolik kəsr maksimal operatorun kommutatoru” adlı məqalədə parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatoru və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır. Bu nəticələrin tətbiqi olaraq parabolik total Morri fəzalarında parabolik kəsr maksimal kommutator operatorun və parabolik kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmişdir.
Məqalə ilə daha ətraflı tanış olmaq üçün linkə keçid edin: https://doi.org/10.1002/mma.10940
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.