26/11/2025
26 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Amerika Birləşmiş Ştatlarının Şimali Dakota Universitetinin professoru Azər Əhmədov “Qrupların xanaları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qrupların xanaları sahəsində əldə olunan ən yeni nəticələr, o cümlədən Fuglede fərziyyəsi ilə bağlı işlər müzakirə olunub. Təqdimatda hesabi qrupların xanalarının mahiyyəti, onların sol sürüşmələri ilə qrupun tam örtülməsi və bu istiqamətdə mövcud açıq məsələlər haqqında geniş məlumat verilib.
Seminar iştirakçıların böyük marağı ilə qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.