27/11/2025
27.11.2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Qeyri-lokal sərhəd şərtli parabolik tənlik üçün optimal idarəetmə məsələsi” mövzusunda məruzə edib.
Məruzədə qeyri-lokal sərhəd şərtli dayanıqsız parabolik tənlik üçün optimal idarəetmə məsələsinə baxılıb, optimal cütün varlığı teoreminin isbatı, optimallıq üçün inteqral bərabərsizlik şəklində zəruri şərtin alınması şərh olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.