Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

1 milyon dollar: Müəllimliyin “Nobel” mükafatı hind müəllimə verildi 

Hindistanlı müəllim, ictimai fəal, yüzlərlə tədris mərkəzinin yaradılması və kasıb məhəllələrinin divarlarında maarifləndirici freskaların çəkilməsi ilə tanınan Ruble Nagi “Varkey Foundation” təşkilatının təsis etdiyi 1 milyon dollar məbləğində “Global Teacher Prize” mükafatına layiq görülüb. “Azərbaycan müəllimi” xəbər verir ki, dünyanın ən böyük mükafatlarından olan və müəllimliyin “Nobel”i adlandırılan “Dünya müəllim mükafatı” Ruble Nagiyə Dubayda (BƏƏ) […]

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında ilk nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub” başlıqlı icmal yer alır. Bugünkü buraxılışın ilk səhifələrində “Ölkə Prezidentinin sərəncamları əsasında AMEA-da silsilə tədbirlər keçirilir” rubrikalı informasiya, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhanla […]

Elm və təhsil naziri Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri ilə görüşüb

Fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin təhsil naziri Sarah bint Yousef Al Amiri ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirə aparılıb. edu.gov.az

Elm və təhsil naziri BƏƏ-nin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb. Görüş çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi […]

Elm və təhsil naziri serbiyalı həmkarı ilə görüşüb

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. edu.gov.az

Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb

Fevralın 4-də elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə […]

Faydalı linklər