Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin 2026-cı ildə ilk nömrəsi işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2026-cı ildə ilk nömrəsi çapdan çıxıb. Bu sayın ön səhifəsində “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində milli prioritet və strateji hədəflər” başlıqlı icmal dərc edilib. Bugünkü buraxılışın ilk səhifələrində AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti […]

Azərbaycan regional süni intellekt və informasiya texnologiyaları mərkəzinə çevriləcək

ABŞ şirkətləri ilə tərəfdaşlıq isə qlobal texnoloji ekosistemə inteqrasiyanı gücləndirəcək Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təbii sərvətlərin həcmi artan, sənaye potensialı və iqtisadi göstəricilərlə bərabər, həm də rəqabət mühitini formalaşdıran informasiya-kommunikasiya texnologiyaları, süni intellekt, rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik sahələrinin tərəqqisi ilə müəyyənləşdirilir. Bu reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi […]

Ötən il elmi dərəcə alanlar arasında qadınlar üstünlük təşkil edib

Ötən il elmi dərəcə alan qadın və kişi iddiaçıların sayı açıqlanıb. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Statistikaya görə, fəlsəfə doktoru elmi dərəcəsi alanlar arasında 322 nəfər qadın, 152 nəfər kişi olub. Elmlər doktoru üzrə isə 37 qadın, 45 kişi bu ali elmi dərəcəyə layiq […]

Süni intellektlə yazılan hər məqalə yüksəkkeyfiyyətli deyil – Kornel Universiteti

Tədqiqatçılar süni intellektdən istifadə etməklə əvvəlkindən daha çox elmi məqalə dərc edirlər. Lakin aparılan araşdırmalar göstərir ki, bu məqalələrin hamısı yüksəkkeyfiyyətli deyil. Böyük dil modelləri, o cümlədən ChatGPT, xüsusilə ana dili ingilis dili olmayan tədqiqatçılar üçün məqalə yazımını asanlaşdıraraq məhsuldarlığı artırır. Bununla belə, süni intellekt vasitəsilə yazılmış çoxsaylı məqalələr elmi mütəxəssislər tərəfindən aparılan “peer review” […]

Tədqiqat: ChatGPT təhsilin səmərəliliyini aşağı salır

Yeni bir araşdırmaya görə, ChatGPT və digər süni intellekt alətlərindən istifadə “Google”da axtarışla müqayisədə daha səthi bilik əldə etməyə səbəb ola bilər. AZƏRTAC xəbər verir ki, Pensilvaniya Universitetinin tədqiqatçıları təxminən 10 min tələbəni əhatə edən bir sıra təcrübələr aparıblar. Onlar süni intellekt və axtarış motorlarından istifadənin öyrənmə nəticələrini müqayisə ediblər. Məlum olub ki, ChatGPT-dən istifadə […]

Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik

Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil […]

Faydalı linklər