Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Hidayət Hüseynovun  əziz xatirəsinə -Başsağlığı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru,Bakı Dövlət Universitetin professoru, Hidayət Hüseynov  26.02.2025-ci il tarixində haqq dünyasına qovuşub. Hüseynov Hidayət Məhəmməd oğlu, diferensial operatorların spektral nəzəriyyəsi və onun tətbiqləri sahəsində tanınmış mütəxəssis, 1951-ci il yanvarın 20-də Gürcüstan Respublikası Qardabani rayonunun Ağtəhlə kəndində anadan […]

Planetimizin nüvəsi formasını dəyişir

Amerikalı elm adamları Yer kürəsinin ən dərin geosferi olan və təxminən 1200 kilometr radiusa malik daxili nüvəsində struktur dəyişiklikləri aşkar ediblər. Bu kəşf uzun illərdir planetimizin daxilində baş verən proseslərlə bağlı qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirib. Alimlər bu qənaətə Cənubi Atlantikada yerləşən Cənubi Sendviç adalarından gələn seysmik dalğaları təhlil edərək gəliblər. Bu dalğalar […]

Bu gün Su çərşənbəsidir

Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd olunur. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Böyük Qayıdış sürətlə reallaşır” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Suveren Azərbaycanda Birinci vitse-prezidentlik-konstitusion ilk innovativ-siyasi-mədəni “güc” idarəetmə strategiyasıdır” adlı məqalə və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Süleyman Dəmirəl Universitetinin rektoru, eləcə də sinqapurlu alimlərlə görüşlərinə dair informasiyalar dərc edilib. Bundan […]

ELAN

26 fevral  2025-ci il tarixində saat 10-00-da Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri- harmonik analiz şöbəsi”nin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bilal Bilalov “Hardi siniflərinin təyini üçün bir metod haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə X-qiymətli Hardi siniflərinin təyini üçün ənənəvi yanaşmadan fərqli bir yanaşma […]

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan […]

Faydalı linklər