12/12/2024
18 dekabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarında M.V Lomonosov adına Moskva Dövlət Universitetinin Qazaxıstan filialının professoru Erlan Nursultanov “Bir neçə dəyişənli funksiyaların multiplikativ çevrilmələrinin təxmini bərpası” mövzusunda məruzə edəcək. Məruzə bir çox dəyişənlərin funksiyalarının verilmiş nöqtələrdəki dəyərlərindən multiplikativ çevrilmələrinin yenidən qurulması probleminə […]
12/12/2024
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 21 il keçir.Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən […]
11/12/2024
Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) açılış mərasimi keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin […]
11/12/2024
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak edib. Açılış nitqi ilə çıxış edən Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini […]
11/12/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nairliyi Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov qonaqları salamlayaraq bu mötəbər tədbirlərin keçirilməsinin önəmini qeyd edib. Professor Misir Mərdanov görkəmli […]
11/12/2024
12.12.2024-cü il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabında kafi şərtlər” mövzusunda məruzə edəcək. Məruzədə variasiya hesabında kafi şərtlərin alınması üçün bəzi teoremlərin isbatı şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]