14/03/2025
17.03.2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Akt zalında Novruz və Ramazan Bayramları ilə əlaqədar tədbir keçiriləcək.Tədbirdə Bayram münasibəti ilə institutun 24 əməkdaşına bayram sovqatı təqdim ediləcək. Həmkarlar Təşkilatı © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
14/03/2025
Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. Görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib. Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə elmi inkişafın […]
13/03/2025
Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər. Bu yeni nəzəriyyə nəhayət ki, birlikdə işləməyən Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə kvant fizikası arasında əlaqə yarada bilər. Son 100 ildən çoxdur ki, Eynşteynin ümumi nisbilik nəzəriyyəsi qravitasiyanın ən yaxşı izahıdır. Eyni dövrdə […]
12/03/2025
Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib. Bakı Dövlət Universiteti “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə “Riyaziyyat” ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” […]
12/03/2025
12 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı kecirildi. Seminarda ”Tətbiqi riyaziyyat şöbəsi” nin müdiri, mexanika elmləri doktoru, dosent Elxan Abbasov “Maye-qaz qarışığının kütləköçürmə və mübadilə nəzərə alınmaqla boruda hərəkət dinamikası” mövzusunda məruzə etdi. Məruzədə maye-qaz qarışığının kütləköçürmə və mübadiləsi nəzərə alınaraq boruda qeyri-stasionar hərəkətinin hidrodinamik […]
12/03/2025
13.03.2025-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]