Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub

Böyük Britaniya alimlərinin son araşdırması göstərib ki, kvant reallığında zaman həm irəli, həm də geri axa bilər. Bu kəşf zamanın xətti olması ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına atır və əlavə tədqiqatlara ehtiyac yaradır. Ənənəvi olaraq, zaman keçmişdən gələcəyə doğru hərəkət edən xətti axın kimi qəbul edilir. Lakin Surrey Universitetinin Riyaziyyat və Fizika Məktəbi alimlərinin aparmış olduqları yeni araşdırma bu anlayışı şübhə altına atır. […]

ELAN

 “Elm” qəzetinin 14 fevral 2025-ci il tarixli elanına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  Riyaziyyat və Mexanika İnstitutu aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir: “Optimal idarəetmə” şöbəsi üzrə Şöbə müdiri  -1 ştat vahidi “Funksional analiz” şöbəsi üzrə Aparıcı elmi işçi  -1 ştat vahidi “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə Aparıcı elmi işçi  -1 ştat vahidi […]

Görkəmli alim Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Qabil Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib. Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq alimin mənalı həyat yolundan geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Professor Misir Mərdanov qeyd edib ki, […]

E L A N

20.02.2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “Çoxparametrli spektral məsələlərdə variasiya prinsipi” mövzusunda məruzə edəcəkdir. Məruzədə variasiya prinsipinin çoxparametrli hallara ümumiləşməsi və P.Binding, P.Brounenin bu haqda işlərinin bəzi nüansları haqqında məlumat şərh […]

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir. “Əsas Qrant Müsabiqəsi – 2025” aparıcı alimlər tərəfindən həyata keçirilən elmi-tədqiqat layihələri proqramı çərçivəsində fundamental və tətbiqi xarakterli elmi tədqiqatlar üçün ayrılır. Həm perspektivli gənc alimlər, həm də məşğul olduğu elm sahəsində lider olan tədqiqatçılar qrant üçün müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün layihələr […]

Görkəmli riyaziyyatçı alim Qabil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edirik!

Bu gün Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun”Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin baş elmi işçisi,professor Qabil Əliyevin 90 yaşı tamam olur. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963-1966-cı illərdə AMEA […]

Faydalı linklər