08/10/2024
Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən Təhsilin İnkişafı Forumu keçirilib. “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum dövlət-özəl tərəfdaşlığı, təhsilin […]
08/10/2024
2024-cü il üzrə Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb. Nobel Komitəsi oktyabrın 8-də ABŞ-ın Prinston Universitetindən Con Hopfild və Kanadanın Toronto Universitetindən Ceofrey Hintonun 2024-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən kəşflər və ixtiralara görə layiq görülüblər. […]
08/10/2024
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən Birləşmiş Krallıqda təşkil olunan “THE Dünya Akademik Sammiti”ndə Azərbaycan elm və ali təhsilinə həsr olunan panel sessiya keçiriləcək. 7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi tərəfindən “THE Dünya Akademik Sammiti” keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox […]
08/10/2024
Daha ətraflı aşağıdakı bu linkdən tanış ola bilərsiniz © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
07/10/2024
Amerikalı alimlər Viktor Ambros və Qeri Ruvkunun 2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüblər. Onlar bu mükafata mikro RNT-nin kəşfi və onun posttranskripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə layiq görülüblər. Qeyd edək ki, Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i (miRNT) kəşf edən amerikalı bioloq Massaçusets Universitetinin Tibb […]
07/10/2024
Oktyabrın 7-dən “Nobel həftəsi” başlayır. Oktyabrın 7-də fiziologiya və ya tibb üzrə qalibin adı elan ediləcək. Oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq. azertag.az