Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

28.10.2013 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri Buzovnada uşaq evində olmuşlar.

28.10.2013 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri Buzovnada yerləşən “Sümük-Vərəm problemli” uşaq evində tərbiyə olunan uşaqlara yardım aksiyasını həyata keçiriblər.

E L A N

30 oktyabr 2013-cü il saat 10.00-da ümuminstitut seminarında BDU-nun professoru M.A. Sadıqovun “Hamar olmayan riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün yüksək tərtibli zəruri və kafi şərtlər” mövzusunda məruzəsi olacaqdır. İşdə metrik fəzada φ – (α , β , ν , δ) və güclü φ – (α , β , ν , δ) lipşis funksiyalar sinfi verilmiş və […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Maye və qaz mexanikası şöbəsinin müdiri, texnika elmlər doktoru Qeylani Pənahov və Hesablama riyaziyyatı və informatika şöbəsinin dissertantı Aynurə Cəfərovanın “525-ci qəzet”-də “Görkəmli alim, böyük müəllim, unudulmaz şəxsiyyət” adlı məqaləsi dərc olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, Maye və qaz mexanikası şöbəsinin müdiri, texnika elmlər doktoru Qeylani Pənahov və Hesablama riyaziyyatı və informatika şöbəsinin dissertantı Cəfərova Aynurənin “525-ci qəzet”-də Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 85 illiyi münasibəti ilə “Görkəmli alim, böyük müəllim, unudulmaz şəxsiyyət” adlı məqaləsi dərc olunmuşdur. Məqalədə […]

“Harmonik analizin müasir problemləri” adlı elmi seminarın növbəti iclası

29.10.2013 tarixində saat 11:30-da akademik A.C.Hacıyevin rəhbərliyi altında “Harmonik analizin müasir problemləri” adlı elmi seminarın növbəti iclası olacaqdır. Məruzəçi: dos. R. Ə. Əliyev Mövzu: “Yarımmüstəvidə analitik funksiyaların öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması. Arzu edənlər iştirak edə bilərlər. Riyazi analiz şöbəsi

E L A N

Valeh Hilal oğlu Hacıyevin “HİLBERT FƏZASINDA QAUSS  ÖLÇÜLƏRİNİN ANALİZİ” dissertasiyanın müdafiəsi 25 oktyabr 2013-cü il saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq ücün B/D 01.111 birdəfəlik dissertasiya şurasının iclasında keçirilmişdir.

E L A N

23.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman İmran oğlu Məmmədov “Cırlaşan qeyri-xətti tənliklər üçün aradan qaldırıla bilən məxsusiyyət məsələləri”mövzusunda məruzə edəcəkdir. Məruzədə baş hissəsi cırlaşan p-Laplasian şəklində ümumi operator olan yarımxətti tənliklər üçün bir nöqtənin aradan qaldırıla bilən nöqtə olması üçün kafilik teoremindən və cırlaşan tənliklər üçün Karleson tipli […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər