25/09/2024
Birləşmiş Millətlər Təşkilatı süni intellektin (AI) tənzimlənməsi üzrə təkliflər verib. BMT-nin Süni İntellekt üzrə Yüksək Səviyyəli Məsləhətçi Qurumunun dərc etdiyi yeni hesabatda ekspertlər süni intellektin effektiv idarəçiliyini qurmaq üçün təcili qlobal tədbirlər görməyə çağırıblar. “Bəşəriyyətin gələcəyi naminə süni intellektin idarə edilməsi” adlı hesabatda vurğulanır ki, hərtərəfli, beynəlxalq səviyyədə əlaqələndirilmiş idarəetmə çərçivəsi həyata keçirilmədikcə, AI-nin sürətli […]
25/09/2024
Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.. Öncə tədbir iştirakçıları Qarabağ savaşında canlarını fəda edən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov tədbiri açaraq, 44 günlük savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən […]
25/09/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 27 sentyabr 2024-cü il tarixli iclasında saat 14:00-da Günay Qəfil qızı İsmayılovanın “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi “ mövzusunda 1211.01-Diferensial tənliklər […]
24/09/2024
Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib. Məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Bu qaydalar “Təhsil haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb və ali təhsil müəssisələrində (o cümlədən onların nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarında, elmi tədqiqat mərkəzlərində, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrində, sahə […]
24/09/2024
Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi Soltan Əliyev 06-14 sentyabr 2024-cü il tarixlərində Çex Respublikasının Brno şəhərində elmi ezamiyyətdə olub. Alim 09-10 sentyabr-da keçirilən “XXX IX İnternational Conference Problems of Decision making under uncertaintles” (PDMU-2024) beynəlxalq konfransda iştirak edib. S.Əliyev “On confergense of Bellman- Harris […]
23/09/2024
Hörmətli həmkarlar ! 25.09.2024-ci il tarixində saat 11.00-da Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Akt zalında 27 sentyabr-“Anım Günü “ ilə əlaqədar tədbir keçiriləcək.Tədbirdə hərbi ekspert Telman Qasımov iştirak edəcək. Tədbir institutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.