Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün AMEA-nın Gənc alim və mütəxəssilər şurasının üzvləri Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri ilə görüş keçirdilər.

Görüşün gənc alimlərin problemlərinin aradan qaldırılması və təkliflərinin gerçəkləşdirilməsi məqsədilə təşkil edildiyini söyləyən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tədbir iştirakçılarına Şura haqqında ətraflı məlumat verdi. Gənc alim və mütəxəssilər şurasının sədr müavini, Riyaziyyat və Mexanika İnstitutu üzrə sədri,  riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev institutun gənc alimləri haqqında statistik məlumat verdikdən sonra gənclərin […]

E L A N

Aprelin 9-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun  “Riyazi analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Vaqif Quliyev məruzə edib.

E L A N

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun kitabxanasına daxil olan jurnalların siyahısı. 1.Доклады РАН  Т.454,  № 4.  2014. 2.Доклады РАН. Т.454,  №5.   2014. 3.ДокладыРАН. Т.454,   №6.   2014. 4.Дифференциальные уравнения.  Т.50, №2. 2014. 5.РЖ. Механика. Св.том. №2. 2014. 6.РЖ. Математика.Св.том. №2. 2014. 7.Математический Сборник.Т.205. №2. 2014. 8.Успехи Математических Наук. Т.69 В.1.2014. 9.Математические […]

Aprelin 4- də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında dissertasiya işi müdafiə edib.

Aprelin 4- də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan  Memarlıq və İnşaat Universitetinin “Əcnəbi vətəndaşların hazırlığı” fakültəsinin dekanı Ramiz İsgəndərov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə edib. “Zədələnmələri nəzərə alınan möhkəmləndirilmiş konstruksiya elementlərinin özlü-elastiki mühitdə dayanıqlığı” mövzusunda olan dissertasiya işi şura üzvlərinin müsbət rəyini alıb. Dissertasiyada alınmış nəticələr […]

E L A N

09.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzə lokal və qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral […]

Aprelin 3-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin  A-Koşi inteqralı olur. Bu  şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış […]