Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

“Əgər bu gün bir müəllimin əməkhaqqı yalnız onun dərs dediyi saatlardan formalaşırsa, tədqiqat universitetlərində artıq bu, belə olmamalıdır. Tədqiqatçı elə bir şəxs olmalıdır ki, o, bütün vaxtını yalnız dərs deməyə deyil, eyni zamanda tədqiqat aparmağa da sərf edə bilsin. Buna görə də onun əməkhaqqısı da buna uyğun müəyyən edilməlidir”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu […]

ELAN

23.10.2025-ci il tarixində  saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Klassik variasiya hesabının əsas minimallıq şərtlərinin Pontryaginin maksimum prinsipinin müqayisəsi”mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə konkret misallar əsasında maksimum prinsipi, Yakobi şərti, Lejandr şərti […]

Amerikalı alim Fermi paradoksunun yeni izahını təklif edib

75 il əvvəl fizik Enrico Fermi belə bir sual vermişdi: bu qədər böyük kainatda biz hələ də ağıllı yadplanetli sivilizasiyanın heç bir izinə niyə rast gəlməmişik? O vaxtdan bəri alimlər bu paradoksa çoxsaylı maraqlı cavablar təklif ediblər. Daha bir cavabı amerikalı alim Robert Corbet irəli sürüb: onun fikrincə, yadplanetlilər bir müddət öz kosmik məkanlarını araşdırıblar, lakin sonradan sadəcə darıxıblar […]

Azərbaycan riyaziyyatçıları-Qardaşxan Orucov

Orucov Qardaşxan Əliməmməd oğlu, 21 oktyabr 1931-ci ildə Ermənistan Respublikası Sisian rayonunun Ağudi kəndində anadan olmuşdur. Orucov Qardaşxan orta təhsilini 1946-1949-cu illərdə Sisian rayonu Vağudi kənd orta məktəbində almışdır. 1949-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Fizika-riyaziyyat” fakültəsinə daxil olub, 1954-cü ildə həmin fakültəni bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini […]

Azərbaycan riyaziyyatçıları-Tamella Nəsirova

Nəsirova Tamella Hilal qızı, ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 20 oktyabr 1936-cı ildə Qazıməmməd rayonunun Nəvai kəndində anadan olmuş, Nəvai kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirir. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1958-ci ildə fakültənin riyaziyyat şöbəsini […]

ELAN

22.10.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi,dosent Elman İbrahimov “Gegenbauer –Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer –Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b G-Lipşits […]

Faydalı linklər