26/11/2025
27.11.2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Qeyri-lokal sərhəd şərtli parabolik tənlik üçün optimal idarəetmə məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə qeyri-lokal sərhəd şərtli dayanıqsız parabolik tənlik üçün optimal idarəetmə məsələsinə baxılacaq, optimal cütün […]
25/11/2025
Common Sense Media və Stanford Medicine-in Beyin Sağlamlığı İnnovasiya Mərkəzi (Brainstorm Lab) tərəfindən aparılan yeni araşdırma dörd böyük süni intellekt çatbotunu: Meta AI, ChatGPT, Claude və Gemini-ı yeniyetmələrin psixi sağlamlığı ilə bağlı simulyasiya edilmiş dialoqlarda test edib. Mütəxəssislər nəticələrdən sonra bütün çatbotların gənclər üçün təhlükəli olduğunu hesab ediblər. Sınaqlar göstərib ki, çatbotlar psixoz, halüsinasiyalar və təhlükəli düşüncə […]
25/11/2025
Rəhimov Fəda Hənnan oğlu, Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində mütəxəssis, 25 noyabr 1956-cı ildə İsmayıllı rayonu Quşəncə kəndində anadan olmuş, 1964-1974-cü illərdə kənd orta məktəbində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində, 1980-1985-ci illərdə Moskva şəhərində aspiranturada təhsil almışdır. 1985-ci ildə akademik Y.V.Proxorov və professor A.A.Novikovun rəhbərliyi ilə SSRİ EA Riyaziyyat İnstitutunda “Artımları asılı olmayan təsadüfi […]
25/11/2025
Əmirov Rauf Xankişi oğlu, Şturm-Liuvill, Dirak operatorları və xüsusi törəməli diferensial tənliklər üçün tərs məsələlər sahəsində mütəxəssis, 25 noyabr 1956-cı ildə Qusar rayonu Zuxul kəndində anadan olmuş, 1964-1972-ci illərdə Zuxul kənd səkkizillik məktəbində, 1972-1974-cü illərdə Bakı şəhəri 6 nömrəli internat məktəbində, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universiteti “Mexanika-riyaziyyat” fakültəsinin […]
24/11/2025
26 noyabr 2025-ci il tarixində saat 11-00-da Elm və Təhsil Nazirliyini Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçiriləcək. İclasda institutun elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatının müzakirəsi keçiriləcək. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
24/11/2025
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda institutun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun baş direktoru akademik Arif Həşimov Fizika İnstitutunun 80 illik fəaliyyəti haqqında məlumat verib. Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli məruzə ilə çıxış edib. AMEA üzvləri Akif Əlizadə, Misir Mərdanov və […]