Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Təhsil Nazirliyinin üç elmi istehsalat birliyi ləğv edilib

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib. “Azərbaycan müəllimi” xəbər verir bu, bu barədə Nazirlər Kabineti qərar verib. Elm və Təhsil Nazirliyi elmi istehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsüb, nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir. […]

ProQuest Central” Akademik Bazasına Giriş İmkanı Təmin Olundu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Riyaziyyat və Mexanika İnstitutuna dünyanın aparıcı elmi məlumat platformalarından biri olan “ProQuest Central” akademik informasiya bazasına giriş imkanı təqdim edilmişdir. İnstitut əməkdaşları aşağıdakı link vasitəsilə bazadan istifadə edə bilərlər: https://www.proquest.com/?accountid=223260 “ProQuest Central” müxtəlif elm sahələrini əhatə edən milyonlarla elmi məqalə, jurnal, dissertasiya, kitab və digər informasiya resurslarını […]

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin (GTU) Fəxri doktoru adına layiq görülüb. AZƏRTAC xəbər verir ki, fəxri ad Emin Əmrullayevə Tbilisiyə səfəri zamanı GTU-da təqdim olunub. Təqdimat zamanı universitetin rektoru akademik David Qurgenidze qonaqlara Gürcüstan Texniki Universitetinin alimlərinin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, davam edən tədqiqatları barədə məlumat verib, tələbələrin […]

Azərbaycan riyaziyyatçıları- Akif Hacıyev

Hacıyev Akif Cəfər oğlu, funksiyalar nəzəriyyəsi sahəsində tanınmış alim, 1937-ci il dekabrın 8-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhərindəki 3 nömrəli orta məktəbi bitirmiş, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Akif Hacıyev 1960-cı ildə universiteti          bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilir və institutun “Funksiyalar […]

ELAN

10 dekabr 2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə maarifləndirici tədbir keçiriləcək. Tədbir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 25.11.2025-ci il tarixli, 3-2968/2-2677/25 nömrəli məktubuna əsasən, gənclər arasında ailə dəyərlərinin və sağlam […]

ELAN

10.12.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika Institutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi,professor Nigar Aslanova “Diferensial operatorlarla bağlı sonsuz cəmlərin hesablanması üsulları barədə” məruzə ilə çıxış edəcək. Məruzədə qeyri – məhdud operator əmsallı diferensial operatorların requlyarlaşmış izlərinin hesablanması üsulları barədə məruzə ediləcək […]

Faydalı linklər